4 may 2010-cu il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfiri Bakıda keçirilən Kimya fənnindən 44-cü Mendeleyev bilik yarışlarının Rusiya iştirakçılarını qəbul etdi. O, komandanı bilik yarışlarında uğurlu çıxışla təbrik etdi, Rusiya və Azərbaycan arasında dostluq münasibətlərin dinamik inkişafından danışdı.
Cavab nitqində Rusiya komandasının rəhbəri O.V.Arxanqelskaya şagirdlərin Beynəlxalq bilik yarışlarının qısa tarixindən danışdı. Məlumat verdi ki, bu Bilik yarışı 14 ölkədən olan 87 iştirakçını toplamışdır. İştirakçıların 10-u Azərbaycanın paytaxtına Moskva, Belqrad, Barnaul, Kursk, Novosibirsk, Maqnitoqorsk şəhərləri, Kirov və Penza vilayətlərindən olmuşdur. Rusiya komandası 3 qızıl, 3 gümüş, 4 tunc medal qazanmışlar.
O.V.Arxanqelskaya bilik yarışlarının yüksək təşkil olunduğunu, azərbaycan dostları tərəfindən ənənəvi qonaqpərvərliyi qeyd etdi.
Görüş xatirə fotoşəkli ilə sona yetdi.




