Embrus-Az.com > Olimpiada və yaradıcılıq müsabiqələrinin qalibləri – gənc həmvətənlilər üçün “Zolotoye kolso” (“Qızıl dairə”) şəhərləri üzrə səyahət
Olimpiada və yaradıcılıq müsabiqələrinin qalibləri – gənc həmvətənlilər üçün “Zolotoye kolso” (“Qızıl dairə”) şəhərləri üzrə səyahət |
|
Cari ilin 11-19 avqust tarixlərində bir qrup (42 nəfər) 14-17 yaşlı azərbaycanlı uşaqlar “Zolotoye kolso” (“Qızıl dairə”) şəhərləri üzrə səyahət edəcəklər. Ekskursiyada Bakıda, Masallıda, Xaçmazda, İvanovkada, Qəbələdə, Zaqatalada “Rossotrudniçestvo” nümayəndəliyi tərəfindən il ərzində keçirilən olimpiadaların qalibləri iştirak edəcəklər. Uşaqlar Moskva, Pereslavl-Zaleskiy, Rostov, Yaroslavl, Kostroma, Suzdal, Vladimir kimi şəhərlərdə olacaqlar. Tanınmış məbəd və kilsələrə, Moskva və Rostov kremllərinə və Rusiyanın digər görməli yerlərinə səyahət, teploxodda gəzinti nəzərdə tutulub. Səyahət Rusiya Səfirliyi və “Rossotrudniçestvo” nümayəndəliyi tərəfindən təşkil olunub.
Geriyə |