Embrus-Az.com > Pres-reliz
Pres-reliz |
|
Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşları, ictimai təşkilatları veteranlarla işin təşkilində, vətəndaşların vətənpərvər tərbiyəsində, Böyük qələbənin 65 illiyinin qeyd olunmasında gördükləri işə görə bu təltiflərlə qeyd olundular. Medala və müvəffəq fəxri fərmana layiq görülmüşlər: - Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev - Müharibə, əmək, silahlı qüvvələr və ədliyyə orqanları Azərbaycan Respublikası veteranlar şurası (1964-cü ildə yaranıb, 20 min nəfərə yaxın Böyük Vətən müharibəsi və əmək veteranlarını birləşdirir) - Leninqrad blokadası iştirakçıları İctimai birliyi (2005-ci ildən müstəqil təşkilat kimi qeydə alınıb, 15 nəfər blokada iştirakçısını birləşdirir) - Böyük Vətən müharibəsində qələbənin 65-illiyinin qeyd olunmasında göstərdiyi səyə görə Nərimanov rayonu İcra hakimiyyətinin rəhbəri Fərzəliyev Abdin Ələsgər oğlu - Azərbaycan Respublikasında Rusiya Federasiyasının Səfirliyi Təltif olunanlar adından minnətdarlıq nitqi ilə Leninqrad blokadası iştirakçıları İctimai birliyinin sədr müavini Kərimova L.Z. çıxış etdi. Tədbirdə həmçinin Böyük Vətən müharibəsi veteranları, Leninqrad blokadası iştirakçıları, Rusiya həmvətənliləri təşkilatlarının rəhbərləri, KİV nümayəndələri iştirak etmişlər.
Geriyə |