Embrus-Az.com > Press-reliz

Press-reliz


посольство России в Азербайджане20 avqust 2010-cu il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində Rusiyanın dövlət ali məktəblərində təhsil almaq üçün stipendiya qazanmış bir qrup gənc azərbaycanlının təhsil almaq üçün Rusiyaya göndərilməsi mərasimi keçirilmişdir.

Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin Rüsiyaya təhsil almaq üçün gedənləri təbrik etmişdir və uğurlar arzu etmişdir. O, əminliklə qeyd etdi ki, ali məktəbləri bitirdikdən sonra tələbələr yaxşı mütəxəssis olaraq Azərbaycanın səadəti və Azərbaycan-rus münasibətlərinin möhkəmlənməsi naminə çalışacalar.

Səfir Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və Azərbaycanda həmyerlilər təşkilatlarına Rusiya stipendiyasının alınması və Rusiyaya təhsil almağa göndərilməsinin təşkili üçün minnətdarlığını bildirdi.

Səfir qeyd etdi ki, 2007-ci ildə Rusiya Federasiyası Hökumətinin həmyerlilərlə iş üzrə Komissiyanın xətti ilə Azərbaycan ərazisində yaşayan həmvətənlilər üçün Rusiyanın ali təhsil müəssisələrində hazırlıq üçün müxtəlif cür 178 dövlət stipendiyası ayrılmışdır. 2008-ci ildə bu rəqəm 198, 2009-cu ildə - 284, cari 2010-cu ildə isə artıq 302 təşkil etmişdir (həmçinin 70 yer müəllimlər üçün).

Rusiya stipendiyalarının ümumi sayı daha çoxdur, çünki onların bir hissəsi Ümumrusiya Azərbaycan konqresinə ayrılır. Bundan başqa elə azərbaycanlılar var ki, Rusiyada öz hesabına təhsil alırlar. 2009-2010-cu dərs ilində Rusiyanın ali təhsil ocağında 5855 Azərbaycan vətəndaşı təhsil almışdır, o cümlədən, 772 nəfər Rusiya Federasiyasının federal büdjeti hesabına.

Rusiyada təhsil almış azərbaycanlıların sayı Azərbaycanda Rusiya ali məktəbinin yüksək nüfuzunu sübut edir. Rusiya xaricdə Azərbaycan üçün yüksək ixtisaslı kadrları hazırlayan əsas mərkəzlərdən biridir. Moskva bunu qiymətləndirir və hər cür dəstəkləyir.

Rusiya Azərbaycanla təhsil sahəsində səmərəli əməkdaşlığı davam etməyə hazırdır. Rusiya ali məktəbinin yüksək nüfuzunun qorunub saxlanılması, Azərbaycanda rus dilinin inkişafı, Rusiya-Azərbaycan münasibətlərin dost xarakteri bunun əsasını təşkil edəcək.

 

 


Geriyə