Embrus-Az.com > Vətənin Müdafiəçisi Günü münasibətilə Rusiyanın Azərbaycandakı Səfirliyində qəbul

Vətənin Müdafiəçisi Günü münasibətilə Rusiyanın Azərbaycandakı Səfirliyində qəbul


Fevralın 23-də Rusiyanın Azərbaycandakı Səfirliyində dövlət bayramı – Vətənin Müdafiəçisi Günü münasibətilə qəbul keçirilib. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyinin, Əfqanıstan Veteranları İctimai Birliyinin və Azərbaycan Böyük Vətən Müharibəsi Veteranlaı Cəmiyyətinin, diplomatik korpusun, yerli KİV-lərin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər, rusiyalı həmvətənlərin ictimai təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbir çərçivəsində mükafatlandırma mərasimi də keçirilib.

VəliyevMDB Dövlət Başçıları Şurası yanında beynəlmiləlçi-döyüşçülərlə üş üzrə Komitənin sədr müavini, «Döyüş qardaşlığı» beynəlxalq veteran təşkilatının Ali Şurasının üzvü, Azərbaycanın Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevə «Dostluq» ordeni təqdim olunub.

M. Rusiya Federasiyasının Prezidenti D.A.Medvedevin 26 dekabr 2009-cu il tarixli, 1486 saylı Fərmanı ilə veteran təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfəyə, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə müharibə veteranlarının və onların ailə üzvlərinin sosial müdafiəsi istiqamətində fəal ictimai fəaliyyətinə görə bu mükafata layiq görülüb.

SSRİ Ali Soveti Sədrinin 7 sentyabr 1988-ci il tarixli 9653 saylı Fərmanına əsasən Zaqatala rayonu, Yuxarı Tala kənd sakini – Əfqanıstan müharibəsinin iştirakçısı Qasım Ramazanov «Qırmızı Ulduz» ordeni ilə təltif olunub.

Beynəlmiləlçi-döyüşçülərə mükafatları Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin təqdim edib.

 

Səfirlik

 

Vəliyev

 

Vəliyev

 


Geriyə