Embrus-Az.com > «Bahar süjetləri» foto müsabiqəsi elan olunub

«Bahar süjetləri» foto müsabiqəsi elan olunub


«Rosstrudniçestvo»nun Azərbaycandakı Nümayəndəliyi – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin iştirakı ilə 8 mart - Beynəlxalq qadınlar günü və Novruz bayramı münasibətilə həvəskarlar üçün «Bahar süjetləri» adlı açıq foto-müsabiqə keçirir.

Müsabiqədə iştirak etmək üçün müəllif fotoşəkillərini 2010-cu il martın 15-nə qədər CD-diskdə RİMM-in Bakı şəhəri, Rəsul Rza küçəsi 69 ünvanında yerləşən ofisinə təqdim etmək və yaxud elektron poçt vasitəsilə «Bahar süjetləri» müsabiqəsinə» qeydi ilə riccbaku@gmail.com ünvanına göndərmək lazımdır.

«Bahar süjetləri» foto-müsabiqəsinin qalibləri xatirə hədiyyələri və diplomlarla mükafatlandırılacaqlar.

Ən maraqlı fotoşəkillər müəllifin razılığı əsasında Rusiyada keçirilən müsabiqələrdə və ya beynəlxalq müsabiqələrdə iştirak üçün RİMM-ə təqdim oluna bilər.

Müsabiqənin Əsasnaməsi ilə Rusiyanın Səfirliyinin (www.embrus-az.com) və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (www.aze.rs.gov.ru). internet saytında tanış olmaq olar.

Əlaqə telefonu: (012) 497-01-59.

«Bahar süjetləri» foto-müsabiqəsinin Əsasnaməsi

«Rosstrudniçestvo»nun Azərbaycandakı Nümayəndəliyi – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin iştirakı ilə bahar və bahar bayramlarına həsr olunmuş (8 mart - Beynəlxalq qadınlar günü və Novruz bayramı) həvəskarlar üçün «Bahar süjetləri» adlı açıq foto-müsabiqə hər il keçirilən mədəni tədbirdir.

«Bahar süjetləri» foto-müsabiqəsinin əsas məqsədi Rusiya ilə Azərbaycan arasında tarixən formalaşmış, vahid mədəni və intellektual məkan daxilində yaradıcı aktivliyə və mədəni yaradıcılığa dəstək verilməsidir.

«Bahar süjetləri» foto-müsabiqəsinin mədəni sərhədləri yoxdur və bu müsabiqədə müxtəlif ölkələrin nümayəndələri iştirak edə bilərlər.

«Bahar süjetləri» foto-müsabiqəsinin qalibləri xatirə hədiyyələri və diplomlarla mükafatlandırılacaqlar. Ən maraqlı fotoşəkillər müəllifin razılığı əsasında Rusiyada keçirilən müsabiqələrdə və ya beynəlxalq müsabiqələrdə iştirak üçün RİMM-ə təqdim oluna bilər.

Ən yaxşı fotoşəkillərin seçilməsi və müsabiqənin laureatlarının müəyyənləşdirilməsi peşəkar fotoqraflar, rəssamlar, dizaynerlər və digər yaradıcı ziyalılardan ibarət münsiflər heyəti tərəfindən həyata keçirilir. Foto işlərə müsabiqənin münsiflər heyəti tərəfindən resenziya verilmir.

Təşkilat komitəsi

 


Geriyə