Embrus-Az.com > Martın 2-də Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin ANS ÇM radiostansiyasının «Səhər»proqramında iştirak edib
Martın 2-də Rusiyanın Azərbaycandakı Səfiri V.Doroxin ANS ÇM radiostansiyasının «Səhər»proqramında iştirak edib |
|
«Əziz radio dinləyciləri! Sizi Azərbaycanda ən əziz və böyük ehtiramla qeyd olunan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu parlaq və rəngarəng bayram öz başlanğıcını keçmişin dərinliklərindən götürür. Təbiətin oyanmasını, mənəvi yüksəlişi və xoş arzuları təcüssüm etdirən Novruz hər bir ailəyə, hər bir evə sevinc gətirir. Bu, əsrlər boyu belə olub, qoy, bu gün də belə olsun. Novruzdan əvvəlki çərşənbə axşamlarında insanlar təmizlənmə və ümid rəmzi olan tonqal qalayırlar. Bu gün axşam da həyətlərdə tonqallar qalanacaq, insanlar şənlənəcəklər. Qoy, bütün pisliklər, Sizin ötənilki zaval və qüssəniz bu tonqallarda yanıb qalsın. Qoy, qarşıdan gələn yeni il Azərbaycan xalqına əmin-amanlıq və inkişaf, hər bir ailəyə bolluq, sağlamlıq, səadət gətirsin, hər bir insanın qəlbindəki xoş arzular həyata keçsin». V.Doroxin aparıcının suallarına cavab verərək, Rusiyada yaşayan müsəlmanların, o cümlədən 2,5 milyon azərbaycanlının Novruzu necə qeyd etdiklərindən danışıb. Birbaşa efirdə verilişə ilk zəng etmiş şəxsə Səfir şərq şirniyyatları ilə bəzədilmiş xonça hədiyyə edib.
Geriyə |