Embrus-Az.com > “Xatirə şamı” toplusu

“Xatirə şamı” toplusu


свеча памяти1945-ci ilin 9 may günündən – qəddar, amansız faşızm üzərində Boyük Qələbədən – 65 il keçib. Lakin Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi daim yaddaşlardan silinməyəcək.

9 may bayramı hər birimiz üçün müqəddəs olmuşdur. Biz keçmiş ölkənin bütün millətlərin şanlı səhifəsini unutmamalı, veteranlara Böyük Qələbə üçün minnətdarlığımızı bildirməliyik.

Həmin günlərin şahidləri getdikcə azalır.

“Sodrujestvo” Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyəti XX əsrin ən dəhşətli müharibəsinin döyüş meydanlarında qəhrəmancasına vəfat etmiş oğulların xatirəsini yad edərək və sağ qalmış veteranlara firavan həyat üçün minnətdarlıq hissi ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş “Xatirə şamı” toplusu hazırlayıb çap etmişlər. Bu toplu tanınmış Bakı sakinlərinin müəllif olduqları və “Sodrujestvo” Ədəbi birliyinin üzvlərinin əsərlərindən ibarətdir.

Bu toplunun xüsusi əhəmiyyəti həddən artıq ağır şəraitdə sağ qalmış, ləyaqətini qoruyub saxlamış insanların xatirələridir.

Topluda Teymur Muradovun və Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyinin kolleksiyasından olan fotoşəkillərdən və covet rəssamlarının rəsmlərindən istifadə olunmuşdur.

“Sodrujestvo” Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyəti Rusiya Federasiyası Səfirliyinə və «Rossotrudniçestvo»-nun Azərbaycandakı nümayəndəliyinə toplunun dərc olunmasında göstərdikləri köməyə görə minnətdarlığını bildirir.

 

“Sodrujestvo” ARXHC-nin üzvü

Vadim İlyasov

 


Geriyə