Embrus-Az.com > Rusiya rəssamı İrina Zaqovorçevanın “Müslüm Maqomayev. Sən mənim musiqimsən...” sərgisinin açılışı

Rusiya rəssamı İrina Zaqovorçevanın “Müslüm Maqomayev. Sən mənim musiqimsən...” sərgisinin açılışı


rimm17 may tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin sərgi və konsert zalında Rusiya rəssamı İrina Zaqovorçevanın “Müslüm Maqomayev. Sən mənim musiqimsən...” sərgisinin açılışı oldu.

Açılış mərasimində Rusiya Federasiyası Səfirliyinin nümayəndələri, Ykraynanın Azərbaycanda müvəqqəti işlər vəkili D.Bojok, Azərbaycan rəssamlar İttifaqının, Azərbaycan kinematoqrafçıları İttifaqının, həmçinin, həmvətənlilər təşkilatlarının, yaradıcı ziyalı, pressa nümayəndələri iştirak etmişlər.

Ekspozisiya M.Maqomayevin sevimli şəhəri Bakı ilə bağlı 56 rəsm əsəri və fotoşəkillərdən ibarət idi.

Salamlaşma nitqində RİMM-in rəhbəri Ə.Şeyxov İ.Zaqovorçevanın yaradıcı fəaliyyətindən danışdı. Rəssam “Rossotrudniçestvo” nümayəndəliyinə təşkil olunmuş sərgiyə görə minnətdarlığını bildirdi, M.Maqomayev haqqında xatirələrlə bölüşdü. Sonra Rusiya səfirliyinin baş məsləhətçisi V.Pozdorovkin Azərbaycan Rusiya həmyerliləri təşkilatları Koordinasiya Şurasının sədri, “Tuqan tel” Respublika tatar mədəniyyəti cəmiyyətinin sədri G.Məsoutova, Azərbaycanın xalq artisti T.Quliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyaslnln professoru T.Hacıyev çıxış etdilər. Onlar belə aksiyanın bizim xalqlar arasında mədəni əlaqələrin möhkəmləşməsi üçün vacib olduğunu qeyd etdilər, əl-əfsuz da ki, M.Maqomayev yaradıcılığı bizim mədəniyyətlərin sıx əlaqəsini nümayiş etdirir.

Tədbirdə Mariysk Dövlət Akademik Teatrının solisti T.Abdikeyevin, Ü.Hacıbəyli adına Bakı musiqi Akademiyasının tələbəsi S.Süleymanovun, tanınmış mahnı müəllifi və ifaçısı S.Rəcəbovun ifalarında M.Maqomayevun repertuarından olan nəğmələr səslənmişdir.

Tədbir haqqında reportajlar “Lider” və “Mir” BDTRŞ telekanalları ilə translyasiya olunmuşdur.

 

RİMM

 

RİMM

 


Geriyə