Embrus-Az.com > Dəyirmi masa: “Mixail Bulqakov. Həyat və yaradıcılığı”
Dəyirmi masa: “Mixail Bulqakov. Həyat və yaradıcılığı” |
|
Giriş sözündə Rossotrudniçestvo nümayəndəliyi rəhbərinin müavini M.Ustinov qeyd etdi ki, parlaq, aktuallığını itirməyən Avropa, Asiya, Amerika dillərinə tərcümə olunmuş nəsr müəllifi, pyesləri doğma və xarici teatr səhnələrindən enməyən dramaturq Mixail Bulqakov rus ədəbiyyatı və dünya mədəniyyəti klasikləri sıralarında layiqli yerini tutur. RİMM-in əməkdaşı T.Rabadanova videomateriallarla müşahidə olunan yazıçının həyat və yaradıcılığı haqda məlumatı iştirakçılara təqdim etdi. Auditoriya böyük maraqla Bulqakov yaradıcılığının tədqiqatçısı, jurnalist A.B.Kostinin “Master və Marqarita” romanının yaranma tarixinə həsr olunmuş “Əlyazmalar yanmır” mühazirəsini dinlədi. Çıxış multimediya təqdimatı ilə müşahidə olunurdu. Sonda tədbir iştirakçıları Rusiya İnformasiya və Mədəniyyət mərkəzinin rus şair və yazıçılarının həyatının əlamətdar günlərinə həsr olunmuş tədbirlər planı haqqında məlumatlandırıldılar.
Geriyə |