Embrus-Az.com > Azərbaycan gənclər təşkilatları fəallarının görüşü
Azərbaycan gənclər təşkilatları fəallarının görüşü |
|
2010-cu ilin 26 iyun tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarının rəhbərlərinin görüşü keçirildi. Tədbirdə Azərabaycan rus gənclər Assosiasiyası (ARGA), “Tuqan tel” Tatar mədəniyyəti Respublika cəmiyyətinin gənclər sektoru, “Sodrujestvo” Azərbaycan xalqları həmrəyliyi Respublika cəmiyyətinin (AXHRC) gənclər sektoru, Azərbaycan Respublikası gənclərinin Avropaya İnteqrasiyası üzrə təşkilat (AQAT), Azərbaycan Demokratik tələbə və gənclər təşkilatı (ADTGT) iştirak etdilər. Tədbirdə həmçinin Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri S.V.Kosinçikova və Azərbaycanın Rusiya həmvətənlilərinin Koordinasiya şurasının sədri G.K.Myasoutova iştirak etmişlər. Rossotrudniçestvo nümayəndəliyi rəhbərinin müavini M.Ustinov Rusiyada Gənclər Gününün qeyd olunması haqqında danışdı, iştirakçıları dövlətin gənclər siyasətinin əsas istiqamətləri ilə tanış etdi. Gənc liderlər öz təşkilatlarının fəaliyyəti barədə məlumat ilə çıxış etdilər, gələcək planlarla bölüşdülər. AQAT-ın preziden müavini Nizami Vəliyev Azərbaycan Milli İcmaların Gənclər şöbəsinin nümayəndələrinin daxil olacağı Gənclər Təşkilatları Şurasının yaranması üçün aparılan işlər haqqında məlumat verdi. Azərbaycan gənclər təşkilatları Milli Şurasının İdarə heyətinin üzvü, ADTGT sədrinin müavini Gülnarə Bağırova “Rossotrudniçestvo” nümayəndəliyinin vasitəsi ilə MDT və Rusiya gənclər birlikləriylə əlaqə qurmağı təklif etdi. AXHRC gənclər şöbəsinin rəhbəri Nikolay Neverov gənc həmvətənlilərin iştirakı ilə konfransların keçirilməsində “Sodrujestvo”nun gördüyü işlər haqqında danışdı. Gənclər təşkilatları ilə əməkdaşlığın perspektivləri müzakirə olunduqdan sonra nümayəndəlik ikinci yarımildə planlaşdırılmış tədbirlərdə iştirak etmək üçün dəvət aldı: - Azərbaycan xalqının ümummilli lideri H.Əliyev irsinin təbliğatı üzrə müsabiqə (təşkilatçı - Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AQAT); - Azərbaycan rus gəncləri Assosiasiyasının üzvləri üçün Azərbaycan dilinin öyrənilməsi kursları (təşkilatçı - ARGA); - Azərbaycan rus gəncləri Assosiasiyasının gənclər teatrı studiyasının yaradılması (təşkilatçı - ARGA); - “Azərbaycan biznesinin inkişafında gənc həmvətənlilərin iştirakı” konfransı (təşkilatçı - “Sodrujestvo” AXHRC-nin gənclər sektoru); - “Alternativ enerji mənbələrinin mənimsəmə texnologiyalarının inkişafında gənc həmvətənlilərin iştirakı” konfransı (təşkilatçı - “Sodrujestvo” AXHRC-nin gənclər sektoru); - “Sabantuy” bayramı (təşkilatçı – “Tuqan tel”); - Salix Saydaliyevin yaradıcılıq gecəsi (təşkilatçı – “Tuqan tel”). Sonda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Gənclər Təşkilatlarının fəalları ilə müntəzəm görüçlərin keçirilməsi barədə razılıq əldə olundu.
Geriyə |