Embrus-Az.com > Smolensk torpağının şairi

Smolensk torpağının şairi


Твардовский23 iyul tarixində Rusiya İnformasiya və Mədəniyyət mərkəzində A.T.Tvardovskinin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gecə keçirilmişdir. Tədbirdə şairlər, yazıçılar, ədəbiyyatçılar, həmvətənlilər təşkilatlarının, gənclər, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin (BSU) professoru Zemfira Əliyeva multimediya təqdimatı ilə müşahidə olunan “A.T.Tvardovskinin həyat və yaradıcılığı” adlı ətraflı məruzəsi ilə çıxış etdi.

Sovet dövrünün ən böyük ictimai və ədəbi şəxsiyyətlərdən birinin gizli həyat səhifələrini BSU-nun dosenti Antonina Tretyakova açıqladı.

Sonda, Bakı məktəblərinin yuxarı sinif şagirdlərinin ifasında “Mne doroq mir bolşoy i trudnıy” adlı ədəbi-musiqili kompozisiya səsləndi.

 

Твардовский

 

Твардовский

 

 


Geriyə