Embrus-Az.com > RİMM-də Həştərxan vilayəti nümayəndə heyəti ilə Azərbaycan həmvətənlilər təşkilatlarının nümayəndələri və müxbirlər ilə görüş
RİMM-də Həştərxan vilayəti nümayəndə heyəti ilə Azərbaycan həmvətənlilər təşkilatlarının nümayəndələri və müxbirlər ilə görüş |
|
Görüşü Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxov açmışdır. Öz çıxışlarında Həştərxan vilayəti hökumətinin sədr müavini T.Yusupova, Həştərxan vilayəti sosial inkişaf və əmək Nazirinin müavini R.Əzizov, Həştərxan vilayəti xarici iqtisadi əlaqələr Nazirliyinin nümayəndəsi P.Qolovkova regionda fəaliyyətdə olan həmvətənlilərə dəstək proqramları haqqında danışdılar. Ümumrusiya Azərbaycan Kohqresinin Həştərxan regional şöbəsinin rəhbəri A.Hüseynov görüş iştirakçılarını Konqresin regionda Azərbaycan diasporu ilə işinin bəzi aspektləri ilə tanış etdi. Dəyirmi masa formatında keçən görüşdə nümayəndə heyətinin üzvləri həmvətənlilər təşkilatlarının nümayəndələrinin əməkdaşlığın genişləndirilməsi barədə təkliflərini dinlədilər. Tədbir haqqında reportaj AzTV və “Mir” BTRŞ telekanallarda nümayiş etdirildi. “Kaspiyskiy press-sentr” Həştərxan şirkətinin müxbirləri Həştərxan vilayəti regional televiziyasında nümayiş etdirmək üçün süjet çəkdilər.
Geriyə |