Embrus-Az.com > Ç.Mustafayev adına üşaq istirahət düşərgəsində rus dili həftəsi
Ç.Mustafayev adına üşaq istirahət düşərgəsində rus dili həftəsi |
|
Təbrik sözü ilə nümayəndəlik rəhbərinin müavini M.Ustinov dincələn uşaqları və tərbiyəçiləri salamladı. Həftə çərçivəsində düşərgədə keçirilən ən yaxşı şer, rəsm və fotoşəkil müsabiqələrinin nəticələri açıqlandı, qaliblər mükafatlandırıldılar. Rossotrudniçestvo tərəfindən keçirilən Azərbaycan məktəbində rus dilinin dərindən öyrənilməsi pilot layihəsinin müsiqi və ədəbi müsabiqələrinin qaliblərindən ibarət bir qrup məktəblinin ifasında rus dilinə həsr olunmuş ədəbi-musiqili kompozisiya səsləndi. “Rusiya şəhərləri” müsabiqəsi daha böyük maraq doğurdu, müsabiqə qaliblərinə xatirə hədiyyələri təqdim olundu. Düşərgənin direktoru R.Şirəliyev Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşlarına təşkil etdikləri tədbirə görə minnətdarlığını bildirdi.
Geriyə |