Embrus-Az.com > Rusiyanın Azərbayacandakı Səfiri V.Doroxin Samux rayonunda

Rusiyanın Azərbayacandakı Səfiri V.Doroxin Samux rayonunda


Cari ilin 14 noyabr taixində Rusiyanın Azərbayacandakı Səfiri V.Doroxin Samux rayonundaolmuşdur.

Rayonun İcra başçısı V.F.Hacıyevlə görüşdə Səfir rayonun sosial-iqtisadi inkişafı, humanitar və mədəni proqramların həyata keçməsi haqqında məlumatlar əldə etmişdir.

V.D.Doroxin “NNA” kompaniyasının Rusiya bazarında idxal olunmaq üçün nəzərdə tutulmuş istehsal etdiyi fəraş məhsulun saxlanılması və emalı ilə tanış oldu. Səfir həmçinin rayonda fəaliyyət göstərən meyvə-tərəvəz istehsalı üzrə  “AzRus-Dostluq” – Rusiya Azərbaycan müştərək müəssisəsində də olmuşdur.

Sonra Səfir rus bölməsi fəaliyyət göstərən Samux şəhərinin 1№-li orta məktəbinin  şagirdləri ilə görüşmüşdür. Şagirdlərə tədris ədəbiyyatı hədiyyə olunmuşdur. Səfir həmçinin Samux şəhərinin uşaq baxçasında da olmuşdur. Rus qrupunun uşaqları səfiri çox isti qəbul etmişlər. Həmçinin rayonun rus icmasının nümayəndələri ilə də görüş keçirilmişdir.

Samux rayon icra hakimiyyətinin başçısı ilə görüşdə hər iki ölkənin müxtəlif  yaşayış məntəqələrinin iştirakı ilə Rusiya-Azərbaycan əməkdaşlığının fəallaşma məsələləri müzakirə olunmuşdur.


Geriyə