Embrus-Az.com > Azərbaycanda yaşayan Rusiya həmvətənlilərinin ümümölkə konfransı

Azərbaycanda yaşayan Rusiya həmvətənlilərinin ümümölkə konfransı


 

Страновая конференция российских соотечественников в Азербайджане

17 dekabr 2011-ci il tarixdə “Park İnn” mehmanxanasına Azərbayacanda yaşayan Rusiya həmvətənlilərinin - “Millətlərarası münasibətlər, qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr sistemində rus dilinin rolu” - ümümölkə konfransı keçirilmişdir. Konfrans Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Koordinasiya şurası tərəfindən təşkil olunmuşdur.

Azərbaycan Respublikasında rus dilinin istifadəsi və respublikada yaşayan millətlər arasında ünsiyyət dili kimi qorunub saxlanması, hər iki xalqın tarixi və mədəni xüsusiyyətlərin, qarşılıqlı əməkdaşlığın, mədəni əlaqələrin möhkəmləndirilməsi  Konfransın məqsədlərindəndir.

Forum iştirakçıları həmçinin həmvətənlilərin qanuni hüquqlarının müdafiəsi, gənclərin ictimai təşkilatların fəaliyyətinə cəlb olunması, gənclər arasında milli adət-ənənələrin qorunub saxlanması, xalqın tarixi və mədəniyyətinə hörmətin aşılanması  ilə bağlı məsələləri müzakirə etdilər.

Tədbirdə ictimai təşkilatların, dini qurumların, Rusiyanın Azərbaycandakı Səfirliyinin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin,ziyalı və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişdirlər.   


Geriyə