Embrus-Az.com > «Rusiyanın döyüş şərəfi günü: Moskva yaxınlığında sovet qoşunlarının əks hücumunun başlanması» mövzusunda dəyirmi masa

«Rusiyanın döyüş şərəfi günü: Moskva yaxınlığında sovet qoşunlarının əks hücumunun başlanması» mövzusunda dəyirmi masa


veteranDekabrın 23-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Böyük qələbənin 65 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində «Rusiyanın döyüş şərəfi günü: Moskva yaxınlığında sovet qoşunlarının əks hücumunun başlanması» mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri V.D.Doroxin, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin üzvü M.Y.Zabelin, böyük vətən müharibəsi veteranları, həmvətənlərin ictimai birliklərinin, habelə həmvətənlərin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın işində həmçinin dəvətlilər qismində Milli Məclis sədrinin müavini V.F.Ələsgərov, habelə Rusiya-Azərbaycan parlamentlərarası birgə komissiyasının səkkizinci iclasında iştirak etmək üçün Azərbaycana gəlmiş Rusiya nümayəndə heyətinin üzvləri: V.T.Kadoxov, N.V.Tkaçova, V.M.Tarasyuk, P.İ.Semiçevski, L.V.Ananyeva, Y.V.Aykin iştirak ediblər.veteran

Rusiyanın Azərbaycandakı səfiri V.D. Doroxin veteranlara təbrik sözü ilə müraciət edib. Səfir öz çıxışında Azərbaycanın bizim ümumi Qələbəmizə Azərbaycanın verdiyi töhfənin böyük əhəmiyyətini vurğulayıb. Sonra V.D.Doroxin Azərbaycan Respublikası Alay Yoldaşı Olmuş Veteranlar Seksiyasının sədr müavini, Xəzər Flotiliyası Veteranlar Şurasının sədri A.A.Qritçenkoya Rusiya XİN-in fəxri fərmanını təqdim edib.

Milli Məclisin sədr müavini V.F.Ələsgərov, Federasiya Şurasının üzvləri V.T.Kadoxov, N.V.Tkaçova və Dövlət Dumasının deputatı V.M.Tarasyuk öz çıxışlarında veteranları yubiley münasibətilə təbrik ediblər.

Sonra V.M.Tarasyuk «Rossotrudniçestvo»nun rəhbəri Ə.M.Şeyxova Rusiyanın dövlət simvollarının əks olunduğu xatirə nişanını təqdim edib.

Dəyirmi masanın iştirakçıları istefada olan 1-ci ranq kapitanı A.Qritçenko, Moskvanın qəhrəman müdafiəsinin iştirakçısı, professor Ç.Həsənov, müharibə veteranları T.Ağahüseynova, V.Əliyeva və başqalarının məruzələrini dinləyiblər.

Dəyirmi masa işini yekunlaşdırdıqdan sonra veteranların şərəfinə təşkil edilmiş konsert proqramında müharibə illərinin mahnıları səslənib.

 

veteran

 

veteran

 


Geriyə