Embrus-Az.com > Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycan mətbuatının nümayəndələri ilə görüş
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycan mətbuatının nümayəndələri ilə görüş |
|
RİMM-lə daha fəal əməkdaşlıq edən mətbuat nümayəndələrinə minnətdarlıq məktubları və xatirə hədiyyələri təqdim olunub. Təltif olunmuşlar arasında «Novoye Vremya» qəzetinin baş redaktoru Şakir Ağayev, «Vışka» qəzetinin baş redaktoru Mədinə Həsənova, «Oko» qəzetinin baş redaktoru Əhməd Süleymanov, «Literaturnı Azerbaycan» jurnalının baş redaktorunun müavini Yelizaveta Qasımova, habelə Azərbaycanda elektron şəkildə yayımlanan və çap olunan KİV-lərin bir sıra tanınmış jurnalistləri var. Səmimi atmosferdə keçən mükafatlandırma mərasimində iştirak edən yazıçı Natiq Rəsulzadə, RİA Novosti Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan filialının rəhbəri Valeri Yenin, «Xəbərlər-Azərbaycan» Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə təltif olunmuş qələm sahiblərinə yeni yaradıcılıq uğurları arzulayıblar. Daha sonra Bakının tanınmış bard ifaçıları Samir Rəcəbov və Elxan Çələbi tədbir iştirakçıları üçün öz müəllif mahnılarını səsləndiriblər. Görüş jurnalistlərin qeyri-formal şəraitdə dostcasına ünsiyyəti ilə başa çatıb.
Geriyə |