Embrus-Az.com > RİMM-də populyar yazıçı-fantast Aleksandr Xakimovla görüş
RİMM-də populyar yazıçı-fantast Aleksandr Xakimovla görüş |
|
Tədbirdə məşhur ədəbiyyatçılar, musiqiçilər, müxtəlif incəsənət növlərinin nümayəndələri və ictimai xadimlər iştirak ediblər. Yaradıcılıq gecəsinin iştirakçıları böyük diqqət və maraqla A.Xakimovun çıxışını dinləyərək, yazıçıya onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar. Elə həmin tədbirdə fantastın, artıq Bakıda əsl bestsellerə çevrilmiş «Günorta çağı uzun kölgələr» adlı kitabının təqdimatı keçirilib. Tədbirdə peşəkar avanqard-bəstəkar Elxan Məmmədovun «Kainatın ritmləri» mövzusunda musiqisi ifa olunub. A.Xakimov bu musiqini «musiqi fantastikası» adlandırıb. Bundan əlavə, A.Xakimovun öz ədəbi əsərlərinə epiqraf kimi istifadə etdiyi, bakılı bard Samir Rəcəbovun öz şeirlərinə yazdığı mahnılar müəllifin ifasında səsləndirilib.
Geriyə |