Embrus-Az.com > Rus dili müəllimləri üçün «Şagirdlərin idrak maraqlarının inkişafında oyunlar» mövzusunda metodiki seminarın keçirilməsi barədə
Rus dili müəllimləri üçün «Şagirdlərin idrak maraqlarının inkişafında oyunlar» mövzusunda metodiki seminarın keçirilməsi barədə |
|
RİMM Metodiki Mərkəzinin «Gənc müəllim məktəbi» layihəsi çərçivəsində təşkil olunmuş tədbirə Bakının iyirmi məktəbindən müəllimlər qatılıblar ki, onların da yarısı Azərbaycan Respublikası Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi layihəsinin iştirakçısıdır. Seminarın əsas proqramı 23 saylı məktəbin müəllimlərinin çıxışlarından ibarət olub. Məktəbin rus dili və ədəbiyyatı pedaqoqları metodiki birliyinin sədri Q.Abdullayeva «Şagirdlərin idrak maraqlarının inkişafında oyunlar» adlı məruzə ilə çıxış edərək, dünya xalqları nağılları əsasında rus dili və ədəbiyyatının öyrənilməsi prosesində innovativ texnologiyaların geniş istifadəsinə dair metodiki üsulları nümayiş etdirib. Pedaqoq D.Yermolayeva «Məktəblinin təhsil fəaliyyətində əyləncəli oyunlar» mövzusunda nümunəvi praktiki dərs keçirərək, uşaqların idrakı, intellektual və fiziki imkanlarının inkişaf etdirilməsi üçün tədris prosesində oyunlardan istifadə metodlarından danışıb. Seminar əsnasında dinləyicilər arasında qızğın diskussiya aparılıb. Bütün seminar iştirakçılarına RİMM Metodiki Mərkəzi tərəfindən hazırlanmış «Məktəblinin təhsil fəaliyyətində oyunlar» mövzusunda metodiki material, «Cümlələrdə durğu işarələrinin qoyulması qaydaları»na dair linqvistik oyun və «Gənc pedaqoqa psixoloqun məsləhətləri» adlı yaddaş kitabçası paylanıb. Çıxışlardan sonra RİMM-in əməkdaşı, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri L.Yakunina seminara yekun vuraraq Rusiyada «Müəllim ili» elan olunmuş 2010-cu il üçün birgə fəaliyyət perspektivlərindən danışıb.
Geriyə |