Embrus-Az.com > «İ.A.Krılov və S.Ə.Şirvaninin təmsilləri» adlı ədəbi müsabiqənin keçirilməsi barədə
«İ.A.Krılov və S.Ə.Şirvaninin təmsilləri» adlı ədəbi müsabiqənin keçirilməsi barədə |
|
Ədəbi müsabiqədə dördüncü sinif şagirdləri iştirak ediblər. Müsabiqənin proqramına böyük təmsilçi İ.A.Krılovun və Şərqdə tanınmış XIX Azərbaycan satiriki S.Ə.Şirvaninin məşhur əsərləri daxil edilib. Müsabiqə şən və hazırcavablar klubu formatında və səmimi əhvalı-ruhiyyədə keçirilib. Ən yaxşı dramatik səhnə quruluşu, əsərlərə illüstrasiyalar, musiqi tərtibatı və kostyumlarla bağlı mərhələlərində şagirdlər həm ədəbiyyat sahəsində əhatəli bilik, musiqi qabiliyyəti, fərasət, hazırcavablıq və təsviri sənətdə istedad nümayiş etdiriblər. Müsabiqənin əyləncəli formada keçirilməsi iştirakçılara rus və Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri ilə yaxından tanış olmağa, habelə rus və Azərbaycan satirasını insanda ən yaxşı mənəvi və ruhi xüsusiyyətlərin tərbiyəsi kimi ümumbəşəri dəyərlərin birləşdirdiyinə, tənqidin isə insanın ümumi nöqsanları ilə mübarizə məqsədi daşıdığına bir daha əmin olmağa imkan yaradıb.
Geriyə |