Embrus-Az.com > Görkəmli bəstəkar İsaak Dunayevskinin 110 illiyinə həsr olunmuş xatirə gecəsi

Görkəmli bəstəkar İsaak Dunayevskinin 110 illiyinə həsr olunmuş xatirə gecəsi


İsaak DunayevskiCar ilin fevralın 16-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) yaradıcılığı sovet musiqi mədəniyyətində böyük bir dövrü əhatə etmiş görkəmli bəstəkar İsaak Dunayevskinin 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Elə onu demək kifayətdir ki, dünya kino sənətinin şah əsərlərinə çevrilmiş «Şən uşaqlar», «Sirk», «Volqa-Volqa», «Kuban kazakları» və bir çox digər məşhur kinofilmlər məhz İ.O.Dunayevskinin musiqi yaradıcılığı əsasında ərsəyə gəlib.

İ.O.Dunayevski 100-dən artıq mahnının, 30 tamaşanın, o cümlədən «Fiqaronun toyu», «Şahzadə Turandot», «Tartüf» kimi məşhur və indiyə qədər də postsovet məkanında tamaşaçılar tərəfindən sevilən tamaşaların musiqisinin müəllifidir.

Məlum olduğu kimi, bəstəkar Dunayevski müasir balet və operettada yeni musiqi üslubu yaradıb ki, bu üslub da sovet klassik musiqisinin özünəməxsus «brendinə» çevrilib.

Yaranmış ənənəyə əsasən RİMM-in sərgi-konsert zalında peşəkar vokalçıların – Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında İ.O.Dunayevskinin mahnıları səslənib, bəstəkarın yaradıcılığını əks etdirən «Şən uşaqlar», «Sirk», «Volqa-Volqa», «Kapitan Qrantın uşaqları» filmlərindən parçalar və nadir kino materialları nümayiş olunub.

Yaradıcılıq gecəsində Rusiya və Belorusun Azərbaycandakı səfirliklərinin, həmvətənlərin təşkilatlarının, respublikanın mədəni ictimaiyyətinin və mətbuatın nümayəndələri iştirak ediblər.

Mehriban dostluq şəraitində keçən gecənin bəzəyi isə tətbiqi sənət janrında ilk addımlarını atan gənc rəssam Natalya Nikitinanın əl işlərindən ibarət sərgi olub.

Tədbir haqqında reportaj AzTV və ATV International telekanalları vasitəsilə nümayiş olunub.

İsaak Dunayevski

 

Natalya Nikitina

 

Natalya Nikitina

 


Geriyə