Embrus-Az.com > RİMM-də Moskva şəhəri 157 saylı məktəbin direktoru A.Ş.Quliyeva ilə görüş

RİMM-də Moskva şəhəri 157 saylı məktəbin direktoru A.Ş.Quliyeva ilə görüş


rimmFevralın 17-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Moskva şəhəri 157 saylı orta ümumtəhsil məktəbinin direktoru A.Ş.Quliyeva ilə görüş keçirilib.

Görüş əsnasında RİMM ilə 157 saylı məktəb arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Adı çəkilən məktəbin rəhbərliyi «Rossotrudniçestvo»nun nümayəndəliyinin bir sıra tədbirlərinin həyata keçirilməsində, xüsusilə Azərbaycan Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi ilə bağlı layihəsinin iştirakçısı olan məktəblərlə tərəfdaşlıq əlaqələrinin qurulmasına yardım göstərilməsində səylərini əsir gəməyəcyi bildirilib.

Bundan əlavə, «Rossotrudniçestvo»nun Bakıdakı nümayəndəliyinin adı çəkilən məktəblərin rus dili müəllimlərinə metodiki kömək göstərilməsi ilə bağlı layihələrində iştğirak etməyə hazırlıq ifadə olunub.

Görüşdə RİMM-in əməkdaşları, Azərbaycan rus İcmasının, Bakı Slavyan Universitetinin nümayəndələri iştirak ediblər.

rimm

 


Geriyə