Embrus-Az.com > Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Beynəlxalq tatar mətbəxi gününə həsr olunmuş şənlik keçirilib
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Beynəlxalq tatar mətbəxi gününə həsr olunmuş şənlik keçirilib |
|
Fevralın 28-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyət Mərkəzində Beynəlxalq tatar mətbəxi gününə həsr olunmuş şənlik keçirilib. Tədbir bu il 20 illiyini qeyd dən «Tuqan tel» Tatar Mədəniyyəti Cəmiyyəti ilə birlikdə, Rusiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub. Şənlik çərçivəsində «Tuqan tel» Cəmiyyətinin veteranlardan, gənclərdən və uşaqlardan ibarət özfəaliyyət kollektivlərinin, «Barvinok» Ukrayna mahnıları ansamblının və Yəhudi Mədəniyyəti Mərkəzinin gənclərdən ibarət rəqs ansamblının ifasında xalq mahnıları və rəqslər ifa olunub. Tədbirin kulminasiya nöqtəsi dörd nominasiyada keçirilən aşpazlıq müsabiqəsi olub. Nənələr, analar, gənc qızlar və babalar arasında ayrılıqda keçirilən müsabiqənin qaliblərinə hədiyyələr təqdim olunub. Tatar milli mətbəxinin ənənələri və xüsusiyyətləri barədə məlumat verildikdən sonra tədbir iştirakçıları çay süfrəsinə və tatar milli yeməklərini dadmağa dəvət olunublar. Mehribanlıq və səmimiyyət ruhunda keçən tədbir sözsüz ki, Azərbaycanda yaşayan diasporaların nümayəndələri arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradıb. Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri S.Primbetov və onun xanımı, Rusiyanın Azərbaycandakı Səfirliyinin, milli mədəni cəmiyyətlərin, gənclər təşkilatlarının, ictimaiyyətin nümayəndələri və Həmvətənlərin Əlaqələndirmə Şurasının üzvləri iştirak ediblər.
Geriyə |