Embrus-Az.com > Azərbaycanın əməkdar rəssamı Eldar Qurbanovun Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində sərgisi

Azərbaycanın əməkdar rəssamı Eldar Qurbanovun Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində sərgisi


Eldar QurbanovMartın 2-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanın əməkdar rəssamı, «Yeni Era» Dünya Bədiyyat Akademiyasının həqiqi üzvü Eldar Qurbanovun yaradıcılıq gecəsi və rəssamın əsərlərindən ibarət sərgi keçirilib.

Həmin gün RİMM-də tanınmış incəsənət xadimləri, ictimai xadimlər, rəssamlar və jurnalistlər toplaşıblar. Sərginin açılışında Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Dövlət Agentliyi (Rossotrudniçestvo) rəhbərinin müavini Y.M.Kojoxin iştirak edib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, xalq rəssamı Xanlar Əhmədov, əməkdar rəssam İsmayıl Məmmədov və digər şəxslər tədbirdə nitq söyləyiblər. Sərbəst atmosferdə keçən tədbirdə qonaqlar E.Qurbanovun əsərlərini müzakirə ediblər.

Sərgi zalında bəstəkar Elxan Məmmədovun ifasında Qerşvin, Leqranj, Dunayevski və Qara Qarayevin əsərlərindən parçalar fortepianoda ifa olunub.

 


Geriyə