Embrus-Az.com > Böyük vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş “Heç kim və heç nə unudulmayıb” layihəsinin nəticələrinin yekunlaşdırılması
Böyük vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş “Heç kim və heç nə unudulmayıb” layihəsinin nəticələrinin yekunlaşdırılması |
|
Azərbaycanda Rossotrudniçestvo nümayəndəliyinin və Azərbaycan rusdilli təhsil ocaqlarının Assosiasiyasının Böyük vətən müharibəsində Qələbənin 65-illiyinə həsr olunmuş “Heç kim və heç nə unudulmayıb” layihəsinin nəticələrinin yekunlaşdırılması başlayıb. Bu layihədə rus dilinin Azərbaycan məktəbində dərindən öyrənilən pilot məktəbləri, Respublikanın rusdilli orta ümumtəhsil məktəbləri və ali təhsil ocaqları iştirak etmişlər. 23 aprel tarixində H.Əliyev adına İvanovka kənd orta məktəbində Minsk qəhrəman şəhərə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Məktəbin şagirdləri Minsk şəhəri uğrunda döyüşlər və partizan hərəkatı haqqında ətraflı məlumat vermişlər. Tədbirdə İvanovka kəndinin Böyük vətən müharibəsi iştirakçılarının arxivlərindən olan nadir fotoşəkilləri və müsabiqələri nümayiş etdirildi. Öz çıxışlarında şagirdlər Azərbaycanın Böyük Qələbəyə töhvələrini qeyd etdilər. Tədbirdə iştirak edən veteranlar müharibə haqqında xatirələri ilə bölüşdülər. 24 aprel tarixində Şamaxı şəhərinin 2 №-li məktəbində Cmolensk qəhrəman şəhərə həsr olunmuş gecə keçirilmişdir. Gecə orijinal səhnə ifası ilə fərqlənmişdir. Hərbi paltarlar geyinmiş şagirdlər müharibə qəhrəmanlarının obrazlarına girərərək, sovet əsgərlərinin sücaətindən böyük fərəh hissi ilə danışdılar. Gecədə iştirak edən veteranlar öz xatirələri ilə bölüşərək şagirdlərə nümayiş etdirdikləri cıxışlara görə minnətdarlıqlarını bildirdilər. Hər iki tədbirdə Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.M.Şeyxov və Rusiya Səfirliyinin baş məsləhətçisi V.Q.Pozdorovkin iştirak etmişlər.
Geriyə |