Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
  • Əlaqə
  •      
  • Fotolent

  •  
         

     
         
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         



    Rusiya Federasiyası

    Rusiya Federasiyası - Avropanın şərq, Asiyanın şimal hissəsində yerləşmiş dövlət. Ərazisinə görə dünyada ən böyük dövlətdir- 17 075 400 km2 və ya bütün quru səthinin 11,46% (1/9)-ni. Paytaxtı Moskva şəhəridir.

    Rusiyanın əhalisi 141,903,979 nəfərdir. Hal-hazırda əhalisinin sayına görə dünyada səkkizinci yeri tutur. Əhalisinin böyük əksəriyyəti şəhərlərdə-73,1% yaşayır. Əhalinin 79,83%-ni ruslar təşkil edir. Dövlət dili rus dilidir. 10-20 milyon arası Türk dilli xalqlar yaşayır. Bunlar başlıca olaraq tatarlar, başqırdlar, çuvaşlar, saxalar, qumuqlar, qaraçay-balqarlar və digərləridir.

    Rusiya qurudan 16 ölkə ilə sərhhədi mövcuddur: quruda-Norveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Belorusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Şimali Koreya ilə, sudan- Yaponiya və ABŞ-la. Bütün bunlar Rusiyaya həm Avropa, həm də Asiya ölkəsi olmağa imkan verir. Siyasi və hüquqi cəhətdən Rusiya imperiyasının və SSRİ-nin varisi olduğu üçün beynəlxalq münasibətlərdə əsas rollardan birini oynayır. BMT, MDB, AİQ, MAƏT, KTMT, ŞƏT, ASİƏT və s. kimi təşkilatların üzvüdür.

    Tarix

    862-ci ildən etibarən ardıcıl dövlətçiliyi mövcuddur. Müasir-Rusiya Federasiyası adını 25 dekabr 1991-ci ildə almışdır.

    * Kiyev Knyazlığı (862-1242)

    * Böyük Vladimir Knyazlığı (1157-1389)

    * Moskva knyazlığı (1246-1389)

    * Böyük Moskva Knyazlığı (1389-1547)

    * Rus çarlığı (1547-1721)

    * Rusiya İmperiyası (1721-1917)

    * Rusiya Respublikası (1917)

    * Rusiya Sovet Federativ Sosialist Respublikası (1917, 1922-ci ildən SSRİ-nin tərkibində)

    * Sovet Sosialist Respublikalar İttifaqı (1922-1991)

    * Rusiya Federasiyası (1991-ci ildən bu günə kimi)

     

    Rəsmi dil - Rus dili

    Paytaxt - Moskva

    Prezident - Dmitri Medvedyev

    Baş Nazir - Vladimir Putin

    Pul - Rusiya Rublu (RUR)

    Saat qurşağı - UTC +2 - +12

    Internet TLD - .ru

    Telefon kodu - 7

     



    » Azərbaycan gənclər təşkilatları fəallarının görüşü
    » Dəyirmi masa: “Mixail Bulqakov. Həyat və yaradıcılığı”
    » Rusiya Səfirinin Qafqaz müsəlmanları İdarəsinin Sədri i ...
    » Əziz dostlar, Icazə verin Sizi Azərbaycan jurnalistikas ...
    » Smolensk torpağının şairi




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100