Rusiya Federasiyasına daxil olmaq üçün xarici vətəndaşlara vizaların verilməsi Viza formasının müəyyən olunması, onun rəsmiləşdirilməsi və verilməsi qaydaları və şərtləri, vaxtının uzadılması, itirildikdə bərpa olunması, həmçinin vizanın ləğv olunması Əsasnaməsinə müvafiq həyata keçirilir.
Vizanı rəsmiləşdirmək üçün vətəndaş tərəfindən anket tərtib olunmalıdır. Viza anketi səliqəli xəttlə, və ya texniki vasitələrdən istifadə edilərək rus və ya ingilis dilində yazılmalıdır. Viza anketinin suallarına verilən cavablar ətraflı və tam olmalıdır.
Viza anketi xarici vətəndaş tərəfindən şəxsən imzalanır.
Vətəndaşlığı ollmayan şəxslər üçün Rusiyaya giriş xarici vətəndaşlara vizanın rəsmiləşdirilməsi qaydasında aparılır.
Xarici vətəndaşların Rusiya Federasiyasına daxil olması və Rusiya Federasiyasında olmasının məqsədlərindən asılı olaraq xarici vətəndaşlara aşağldakı kateqoriyada vizalar verilir:
a) diplomatik;
b) xidməti:
c) adi;
d) tranzit;
e) müvəqqəti yaşayan şəxsin vizası.
Birdəfəlik viza xarici vətəndaşa Rusiya Federasiyasına bir dəfə daxil olmaq hüququnu verir, ikidəfəlik viza - Rusiya Federasiyasına iki dəfə daxil olmaq və təkrar viza Rusiya Federasiyasına bir neçə dəfə (2 dəfədən artıq) daxil olmaq hüququnu verir.
Xarici vətəndaşların Rusiya Federasiyasına daxil olması və Rusiya Federasiyasında olmasının məqsədlərindən asılı olaraq konsulluq şöbəsi xarici vətəndaşlara aşağıdakı kimi viza növləri verir:
a) fərdi;
b) işgüzar;
c) turistik;
d) təlim;
e) iş.
Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş hallarda xarici vətəndaşa vizanın verilməsində imtina oluna bilər. Konsulluq şöbəsi imtinanın səbəblərini açıqlamaq məcburunda deyil.
Xarici vətəndaşlara Rusiya Federasiyasına iş, təlim və ya işgüzar səfər üçün daxil olmasına vizaların verilməsi.
İşləmək, oxumaq və həmçinin Rusiya Federasiyasına işgüzar və fərdi səfərlər məqsədilə vizaların alınması üçün xarici vətəndaş konsulluq şöbəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
1) doldurulmuş viza sorğu blankı,
2) viza üçün nəzərdə tutulmuş 2 təmiz səhifəsi olan xarici vətəndaşın pasportu (vətəndaşlığı olmayan şəxslər üşün – vətəndaşlığı olmayan şəxsin pasportu). Pasportun istifadə tarixi vizanın qüvvədə olduğu tarixdən 6 ay öncə bitməməlidir. Təlim və ya iş vizası verilən zaman pasportun istifadə tarixi vizanın başladığı tarixdən 1,5 il öncə bitməməlidir.
3) Federal miqrasiya xidmətləri və qəbul edən Rusiya tərəfinin dəvətinin əsli (təsbit edilmiş formada möhürlə təsdiqlənmiş blank);
4) 3x4 sm ölçüdə 1 ədəd ağ-qara və ya rəngli foto şəkil. Şəkil anfasdan, tünd şüşəli eynəksiz və papaqsız çəkilməlidir;
5) Azərbaycanda 90 gündən artıq olmaq hüququnu verən qeydiyyat kartı;
6) Rusiyada olma müddətində sığorta vəsiqəsi;
7) əgər viza 3 ay müddətinə verilirsə, həmçinin iş və təlim vizaları üçün xarici vətəndaşda VİÇ-ifeksiyanın olmaması barədə təsbit edilmiş formada sertifikat;
8) tranzit vizaların alınması üçün – gediş biletləri (qatar, təyyarə) Rusiya Federasiyası ərazisindən gedən yol boyu, Rusiyadan çıxma daxil olaraq, həmçinin qonşu dövlətin vizasının olduğu səhifənin surəti;
9) qohumun ölümünü sübut edən Rusiya müalicə müəssisəsi tərəfindən təsdiqlənmiş teleqram.
Xarici vətəndaşlara Rusiya Federasiyasına turistik səyahət üçün vizaların verilməsi
Turistik vizanın alınması üçün xarici vətəndaş konsulluq şöbəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
1) doldurulmuş viza sorğu blankı,
2) viza üçün nəzərdə tutulmuş 2 təmiz səhifəsi olan xarici vətəndaşın pasportu (vətəndaşlığı olmayan şəxslər üşün – vətəndaşlığı olmayan şəxsin pasportu). Pasportun istifadə tarixi vizanın qüvvədə olduğu tarixdən 6 ay öncə bitməməlidir.
3) Azərbaycanda 90 gündən artıq olmaq hüququnu verən qeydiyyat kartı;
4) Rusiya XİN-də qeydiyyatdan keçmiş turistik operator xidmətini həyata keçirən təşkilatın xarici turistin qəbulunu təsdiq edən turist vauçeri;
5) 3x4 sm ölçüdə 1 ədəd ağ-qara və ya rəngli foto şəkil. Şəkil anfasdan, tünd şüşəli eynəksiz və papaqsız çəkilməlidir;
6) Rusiyada olma müddətində sığorta vəsiqəsi;
7) gediş biletləri .
Turistik səyahətin əsl məqsədlərinə dair şübhə yarandıqda konsul xarici vətəndaşın Rusiya Federasiyasında olduğu müddətin ətraflı turistik proqramını tələb edə bilər.
Rusiya Dövlətinin 5 noyabr 1999-cu il tarixli 1223 №-li Qərarına müvafiq olaraq Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında YERÜSTÜ SƏRHƏDDƏN keçmə yalnız MDB ölkələri Gürcüstan, Abxaziya və Cənubi Osetiya vətəndaşları və nəqliyyat vasitələrinə təqdim olunur.
ANKETLƏR
rusca in English
--------------
ABŞ vətəndaşları əlavə anket doldururlar (rusca və ya ingiliscə)
rusca in English
--------------
Gürcüstan vətəndaşları əlavə anket doldururlar (rusca və ya ingiliscə)
rusca in English
--------------
Böyük Britaniya vətəndaşları əlavə anket doldururlar (rusca və ya ingiliscə)
in English
|