Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         



    Nümayəndəlik haqqında

    RUSİYA FEDERASİYASININ MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ, XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏRLƏ İŞ və HUMANİTAR ƏMƏKDAŞLIQ ÜZRƏ FEDERAL AGENTLİYİ (ROSSOTRUDNİÇESTVO)

    Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi (Rossotrudniçestvo) Rusiya Federasiyasının Prezidenti D.Medvedevin 6 sentyabr 2008-ci il tarixli, 1315 saylı Fərmanına uyğun olaraq yaradılıb.

    Agentlik Rusiya XİN yanında Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin hüquqi varisidir. “Rossotrudniçestvo” federal icra hakimiyyəti orqanı olmaqla, Rusiya Federasiyasının beynəlxalq münasibətlərinin təmin olunması və inkişaf etdirilməsi sahəsində dövlət xidmətlərinin göstərilməsi və dövlət mülkiyyətinin idarə olunması, habelə beynəlxalq humanitar əməkdaşlıq funksiyalarını yerinə yetirir.

    İşini müasir tələblərə uyğun quraraq, “Rossotrudniçestvo” vətəndaş cəmiyyətinin ümumbəşəri dəyərlərin qorunması və möhkəmləndirilməsində maraqlı olan nümayəndələri ilə dialoqa, qarşılıqlı fəaliyyətə və tərəfdaşlığa hazırdır.

     

    Muxametşin

    «Rossotrudniçestvo»-nun rəhbəri Farit Mubarakşeviç Muxametşin

     

    «ROSOTRUDNİÇESTVO»-NUN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ - RUSİYA İNFORMASİYA-MƏDƏNİYYƏT MƏRKƏZİ (RİMM)

    rimm

    Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) 2009-cu ilin mart ayının 12-də açılıb

    RİMM-in əsas vəzifələri

    • RİMM-in fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişaf etdirilməsinə yönəlib.
    • Mərkəzin əsas vəzifələri – Azərbaycan ictimaiyyətinin rus xalqının və Rusiya Federasiyasında yaşayan digər xalqların tarixi, mədəniyyəti, onun mədəni, elmi və iqtisadi potensialı ilə tanış etmək, Azərbaycanın yaradıcı və mədəni-maarifçi təşkilatları ilə əlaqələrin və əməkdaşlığın qurulmasına yardım göstərmək, rus dilinin öyrənilməsi, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı və işgüzar əməkdaşlığın genişləndirilməsinə şərait yaratmaqdır.
    • RİMM-in fəaliyyətində vacib aspektlərdən biri respublikada daimi yaşayan həmvətənlər arasında mədəni-maarif işinin aparılmasıdır. Onlar üçün ölkəmizin tarixindəki əlamətdar və yaddaqalan hadisələrlə bağlı tədbirlər təşkil olunur, yazıçılar, rəssamlar, şairlər, rejissorlar və aktyorlarla yaradıcı görüşlər keçirilir.
    • RİMM-in fəaliyyətindəki yeni prioritetlər arasında sosial-iqtisadi inkişafın təmin olunması, humanitar problemlərin həlli istiqamətində siyasətin işlənib hazırlanması və həyata keçirilməsində fəal iştirak edən, nüfuzlu qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı qeyd etmək lazımdır.
    • RİMM ictimai, mədəni, elmi və maarifçi təşkilatlar və idarələrlə hərtərəfli əməkdaşlığa hazırdır.

    Rus dili kursları

    Rus dilinə xarici ölkələrdə marağın dəstəklənməsinə böyük diqqət göstərilir. Nümayəndəliklərdən ibarət unikal bazaya malik olan və federal təhsil proqramı əsasında fəaliyyət göstərən «Rossotrudniçestvo» hazırda rus dilinin xarici ölkələrdə dəstəklənməsi üçün yeganə real sistemdir. Son illərin yeniliklərindən biri Rusiya mədəniyyət mərkəzlərində imtahan testlərinin keçirilməsidir ki, bunun vasitəsilə də rus dilinə yiyələnmə səviyyəsini təsdiq edən dövlət sertifikatı almaq mümkündür.

    Müasir kompüter texnikası ilə təchiz edilmiş rus dili kursları kabineti dilin öyrənilməsi üçün ən yeni multimedia proqramlarından səmərəli şəkildə istifadə etməyə imkan verir. Hazırda rus dili kurslarında məşğələlərin başlanması üçün qruplar formalaşdırılır.

    Rus dilinin xarici dil kimi öyrənilməsi və tədrisi üçün müasir bazanın yaradılması, habelə təlim-tədris proqramlarının həyata keçirilməsi və rus dili müəllimlərinə metodiki kömək göstərilməsi məqsədilə Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tədris-metodiki kabinet yaradılıb.

    Kabinetin daim yenilənən elmi, metodiki, məlumat, tədris ədəbiyyatı fondu vardır ki, burada da tədrisin bütün səviyyələrində və bütün yaş qrupları üçün rus dilinin tədrisi metodikasının ən yeni nailiyyətlərini öz əksini tapıb.

    Bundan əlavə, kabinetdəki elektron daşıyıcılarda (CD, DVD) müxtəlif audiovizual tədris materialları da var.

    rimm

     

    Kitabxana

    RİMM-in kitabxana fondu təqribən 2000 cilddən ibarətdir. Burada rus və digər ölkələrin ədəbiyyatı, Rusiyanın mədəniyyəti və tarixinə dair kitablar, pravoslav ədəbiyyatı, rus dili və ədəbiyyatı dərslikləri geniş yer alıb.

    Rus rəssamlarının əsərlərinin reproduksiyaları, rus teatrı, musiqisi, dini dünyagörüşü, memarlıq və kino sənəti barədə kitablar, habelə Rusiya və Azərbaycana nəşr olunan dövri məcmuələr oxucuların istifadəsinə verilib.

    Məlumat-informasiya fondunda müxtəlif mövzuları əhatə edən ensiklopediyalar və məlumat kitabları var.

     

    rimm


    Konfrans zalı

    Xüsusi təchiz olunmuş konfrans zalında dəyirmi masalar, konfranslar, yeni kitabların təqdimat mərasimləri keçirilir. Burada ikitərəfli humanitar əməkdaşlıq sahəsində problemlərin müzakirəsi üçün respublikanın aparıcı jurnalistlərini bir araya gətirən RİMM mətbuat klubunun mütəmadi toplantıları keçirilir.

    Müasir video-avadanlıq aparıcı Rusiya ali məktəblərinin, müxtəlif tədris proqramlarının video-təqdimatını keçirməyə, RİMM nəzdində fəaliyyət göstərən kino-klub çərçivəsində kinofilmlərin nümayişinin və onların müzakirəsinin təşkilinə imkan verir.

     

    rimm

     

    Sərgi-konsert zalı

    Burada mütəmadi olaraq fotoekspozisiyalar, rəsm və dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgilər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, yazıçıların, ədəbiyyatşünasların iştirakı ilə əbədi-musiqili gecələr, RİMM-in keçirdiyi müsabiqələrin qaliblərinin təltif etmə mərasimləri və digər tədbirlər keçirilir.

     

    rimm

     

     

     

     

     



    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100