Warning: curl_exec() has been disabled for security reasons in /var/www/embrus/public_html/aze/engine/classes/rss.class.php on line 109  «Rossotrudniçestvo»-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
  Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         



    «Rossotrudniçestvo»-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri

    şeyxov

    Şeyxov Ənvər Məhəmmədəliyeviç

    Filologiya elmləri doktoru, professor


    1958-ci il martın 9-da Mahaçqala şəhərində (Rusiya Federasiyası, Dağıstan Respublikası) qulluqçu ailəsində anadan olub.

    1980-ci ildə Dağıstan Dövlət Universitetinin filologiya fakültəsinin rus bölməsini bitirib.

    1980-1983-cü illərdə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun aspiranturasının əyani şöbəsində təhsil alıb, namizədlik dissertasiyasını müdafiə edib.

    Dağıstan Dövlət Tibb Akademiyasının əcnəbi tələbələr üçün rus dili kafedrasının müdiri, Moskva şəhərində, Rusiya Elmlər Akademiyası (REA) Dilçilik İnstitutunun aparıcı elmi işçisi vəzifələrində çalışıb.

    Filologiya elmləri doktoru (1994-cü il), professor (1995-ci il), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (1995-ci il), REA Dilçilik İnstitutu yanında doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü, habelə Rusiyada və xarici ölkələrdə nəşr olunan bir neçə elmi məcmuənin redaksiya kollegiyasının üzvüdür.

    Müqayisəli, tipoloji və rus dilçiliyi üzrə mütəxəssisdir, 100-dən artıq elmi və tədris-metodiki əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir.

    2005-ci ildən «Rossotrudniçestvo»-da çalışır (əvvəllər Rusiya XİN nəzdində Roszarubejsentr).

     



    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100