Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         



    Ticarət Nümayəndəliyinin fəaliyyəti

    28-29 oktyabr 2010-cu il tarixlərində Ticarət Nümayəndəliyinin təşkilati dəstəyi ilə Bakıya Penza TİP nümayəndələrinin səfəri baş tutumuşdur. Vilayətin çoxprofilli kompleksi neft qaz emal edən, kimya, elektrotexnika, tikinti və s. kimi doqquz müəssisənin rəhbərləri ilə təmsil olunmuşdur. Rusiya nümayəndə heyəti rəhbərinin məlumatına görə, 30-dan artıq Azərbaycan şirkəti qarşılıqlı əlverişli əməkdaşlığa maraq göstərdi. İlk əlaqələrin nəticələri ümidvericidir. Görüşün nəticələrinə görə Ticarət Nümayəndəliyində nümayəndə heyətinin işi haqqında fikir mübadiləsi aparıldı, Azərbaycanda biznesin aparılması ilə bağlı məsləhətlər verildi və gələcək qısamüddətli zamana müştərək fəaliyyət planı müəyyən olundu. Nümayəndə heyətinin üzvlərinin Azərbaycan-Rusiya işguzar əməkdaşlıq palatasının və «Nikoil» İnvestisiya Kommersiya Bankının rəhbərliyi, AR FHN-nin Regionlarla iş üzrə idarəsinin rəisi ilə görüşləri, “Russkiy traktor” ASC baş direktoru ilə danışıqlar təşkil olundu. Nümayəndə heyətini Azərbaycan Respublikasında Rusiya Federasiyasının Əlahiddə və Səlahiyyətli Səfiri qəbul etdi.

    21-22 oktyabr 2010-cu il tarixdə AR RF Ticarət Nümayəndəliyi rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən A.S.Tsibizov MDB İcra hakimiyyətinin və Azərbaycan beynəlxalq bankının dəstəyilə MDB Maliyə-bank Şurasının təşkil etdiyi “Maliyyə institutları – MDB ölkələrinin iqtisadiyyətinin struktur modernizasiyasının əsası” III Bakı beynəlxalq konfransının işində iştirak etmişdir. Ətraflı məlumat Rusiya İİN-nin MDBİƏM-ə göndərilib.

    20 oktyabr 2010-cu il tarixdə AR RF Ticarət Nümayəndəliyi rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən A.S.Tsibizov Bakıda hər il keçirilən “Tikinti” 16-cı Beynəlxalq, eyni zamanda fəaliyyət göstərən “Mebel, interyer, dizayn” 8-ci Xəzər beynəlxalq və “Qızdırıcı, ventilyasiya, kondissionerləşmə, su təminatı, santexnika, ətraf mühitin qorunması texnologiyaları, xovuzlar” İkinci Beynəlxalq sərgilərdə iştirak etmişdir. Rusiya iştirakçıları (İƏM-in 10-n artıq iştirakçısı) ilə görüşlərdə Rusiya məhsul istehsalçılarının Azərbaycan bazarına çıxmasının problemli məqamları göstərildi, mövcud suallara aydınlıq gətirildi və hüquqi məsləhətlər verildi.

    12-13 oktyabr tarixində Ticarət nümayəndəliyi “Rusiya dəmir yolları” ASC və “Azərbaycan dəmir yolları” QSC təşkili ilə keçirilən “Strateji partnyorluq 1520: Qafqaz regionu” Beynəlxalq regional dəmir yolu biznes forumunda iştirak etmişdir. Qafqaz regionunun nəqliyyat infrastrukturlarının təkmilləşməsi və “Şimal-Cənub” MİK effektiv inkişafı məsələləri Forum iştirakçılarının diqqət mərkəzində idi.

    13 oktyabr 2010-cu il tarixində Səfirin və Ticarət nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının baş naziri Y.A.Eyyubovla və İqtisadi inkişaf naziri Ş.Mustafayevlə görüş təşkil olunmuşdur. Görüş zamanı ikitərəfli ticarət və iqtisadi münasibətlərin vəziyyəti və perrspektivləri və İqtisadi əməkdaşlıq üzrə Dövlətlər arası komissiyanın fəaliyyəti, müqavilə hüquq bazasının təşkili ilə bağlı digər məsələlər müzakirə olundu.

    7 oktyabr 2010-cu il tarixdə Ticarət nümayəndəliyi “Təhsil və karyera” 4-cü Beynəlxalq sərgidə iştirak etmişdir. Bu sərgidə Moskva, Sankt-Peterburq, Novqorod, Nijniy Novqorod, Saratov, Tambov və Maxaçkaladan olan 25 ali təhsil məssisəsini təmsil edən “RAKUS” Rusiya qrupu da iştirak etmişdir. “RAKUS”-un ekspozisiyası sərgiyə gələnlərin çoxlarında maraq yaratdı.

    30 sentyabr 2010-cu il tarixdə Ticarət nümayəndəliyi “Caspian Agro-2010” III Beynəlxalq sərgidə iştirak etmişdir. Sərgi Azərbaycan Respublikası Kənd təssərufatı Nazirliyinin dəstəyi ilə TİP tərəfindən təşkil olunmuşdur. Təşkilatçılarının dəvətinə baxmayaraq Rusiya şirkətləri sərgidə iştirak etməmişlər.

    22 sentyabr 2010-cu il tarixdə Ticarət nümayəndəliyinin əməkdaşları “Səhiyyə” 16-cı Azərbaycan Beynəlxalq sərgisinin, “Stomatologiya” 5-ci Azərbaycan Beynəlxalq Yubiley sərgisinin və “Gözəllik və estetik təbabət” 4-cü Azərbaycan Beynəlxalq sərgisinin açılışında iştirak etmişlər. Rusiya tərəfi 16 şirkət ilə təmsil olunmuşdur: rentgen diaqnostik avadanlığın, komplekslərin və köçürmə kabinələrin istehsalçısı “Amiko” QSC (Moskva ş.); “NTFF “Polisan”” MMC (Sankt-Peterburq ş.); Tatximfarmpreparat” ASC (Kazan ş.); hazır dərman preparatlarının istehsalçısı olan “İrbitsk kimya əczazçılıq zavodu” AZC (Sverdlovsk vilayəti); dərman vəsaitlərinin, bioloji əlavələrin, vitaminləşdirilmiş qidanın istehsalçısı “Altay vitaminləri” QSC (Biysk ş.); immunomodulyatorlar istehsalçısı “Feron” MMC (Moskva ş.); ürək-damar cərrahiyəsi, stomatoloji, oftolmoloji implantların istehsalçısı “Ekoflon” EİK (Sankt-Peterburq ş.); diaqnostik test sistemlərinin və dərman preparatlarının istehsalçısı “Ekolab” QSC (Elektroqorsk ş.); tibbi tullantıların utilizasiyası üçün məhsulun istehsalçısı “KS-Proyekt” şirkəti (Tatarstan Respublikası); optika mexanik və optika elektron cihazların istehsalçısı “Lomo” ASC (Sankt-Peterburq ş.); elm, təhsil, səhiyyə və sənaye sahələrində yüksək texnologiyalı həll etmələrin təchizçisi olan “OPTEK” şirkəti (Moskva ş.); “Svoboda” ASC (Moskva ş.); kosmetik birlik “Russkaya kosmetika” MMC (Moskva ş.). Sonuncu kosmetik birlıyə istehsal etdikləri məhsulun və xidmətlərin Azərbaycan bazarına çıxarılmasında Ticarət nümayəndəliyinin köməyi təklif olundu.

    17 sentyabr 2010-cu il tarixdə Ticarət nümayəndəliyi “İqtisadi inkişafın Azərbaycan modeli” mövzusunda Beynəlxalq konfransda iştirak etmişdir.

    2-3 sentyabr 2010-cu il tarixdə Ticarət nümayəndəliyi Rusiya Federasiyası Prezidenti D.A.Medvedevin Azərbaycan Respublikasına rəsmi viziti çərçivəsində keçirilən tədbirlərdə iştirak etmişdir.

    29 avqust 2010-cu il tarixdə Ticarət nümayəndəliyi “M2M Telematika” Rusiya şirkətinin regional mərkəzi statusuna malik “Hermes GPS” şirkətinin rəhbəri K.Hacıyevlə “QLONASS” peyk noviqasiya sisteminin Azərbaycanda istifadəsi perspektivlərini müzakirə etmişdir.

    18 avqust 2010-cu il tarixdə AR RF Səfirliyində Səfirin və Ticarət nümayəndəliyinin “Sinterra” QSC-nin yeni rəhbərliyi ilə görüşü keçirilmişdir. Görüş zamanı İKT sahəsində “Sinterra” şirkətinin “Azərtelekom”la birgə layihələrinin realizasiyası ilə bağlı məsələlər müzakirə olundu.

    Щедрин18 avqust 2010-cu il tarixdə “İnterfaks Azərbaycan” informasiya agentliyində Rusiya və Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivləri məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Tədbirdə Ticarət nümayəndəliyi, Ticarət nümayəndəliyinin, RF və AR Səfirliklərinin işçiləri, və “Rosselxozbank” ASC Azərbaycan nümayəndəliyinin rəhbəri iştirak etmişlər.

    10 avqust 2010-cu il tarixdə Ticarət nümayəndəliyində Azərbaycan-Rusiya işguzar əməkdaşlıq palatasının rəhbərliyinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə “Soçi-2010” IX Beynəlxalq investisiya forumunda Azərbaycan sahibkarlarının iştirakı məsələləri və Moskvada Rusiya və Azərbaycan işguzar dairələrinin konfransına hazırlığın gedişatı müzakirə olundu.

    6 avqust 2010-cu il tarixdə Ticarət nümayəndəliyinin Azərbaycan ərzaq bazarında aparıcı strukturlardan biri olan “Azərsun-Xoldinq” şirkətinin rəhbərliyi ilə görüşdə şirkət tərəfindən Rusiya ərazisində bir sıra sərmayə layihələrinin realizasiyası perspektivləri müzakirə olundu. 20.07.2010-cu il tarixli “RBK daily” qəzetində dərc olunmuş “Çayku ne jelayete” (“Çay istəmirsiniz”) adlı məqalə ilə bağlı çay bazarında olan vəziyyət haqqında fikir mübadiləsi aparıldı.

    5 avqust 2010-cu il tarixdə Ticarət nümayəndəliyinin Azərbaycan Respublikası FHN-nin maddi ehtiyyatlar üzrə dövlət agentliyinin rəhbərliyi ilə görüşdə ölkənin dövlət ehtiyatları üçün əldə olunan Rusiya taxılı eksportunun artırılması perspektivləri müzakirə olundu.

    1 iyun tarixindən 11 iyun 2010-cu il tarixinədək Azərbaycanın dövlət və biznes strukrurları ilə Rusiya Federasiyası subyektlərinin və Həştərxan, Stavropol və Krasnodar ölkələri təsərrüfat strukturlarının maraqlarını milli bazarda maraqların müdafiə olunması sahəsində əməkdaşlıq Catış nümayəndəliyi tərəfindən davam etdirilmişdir. Mənfəətdar iştirakçı tərəflər arasında Informasiya mübadiləsi və danışıqlar prosesi təşkil olunmuşdur.

    Cari ilin 1 iyun tarixində Satış nümayəndəsinin vəzifələrini müvəqqəti olaraq yerinə yetirən “Neft və qaz. Xəzərin neft emalı və neft kimyası” (CASPIAN OIL & GAZ) 17-ci beynəlxalq sərginin açılışında iştirak etmişdir. Sərginin Rusiya hissəsini 40-dan artıq kompaniya təqdim etmişdir. Rusiya iştirakçıları ilə görüşlərdə Rusiya iqtisadiyyatçılarının Azərbaycan bazarına çıxmasının məqamları qeyd olunmuş, mövcud olan sualla dair müvafiq məsləhətlər, aydınlatmalar, və hüquqi məsləhətlər verilmişdir.

    Ticarət nümayəndəliyinin əməkdaşları 27-29 aprel 2010-cu il tarixdə Stavropol vilayətinin qubernatoru V.V.Qayevskinin rəhbərliyi ilə nümayəndə heyətinin (131 nəfər) Bakıya səfərini hazırlanmasında və keçirilməsində birbaşa iştirak etmişlər.

    22 aprel 2010-cu il tarixdə Ticarət nümayəndəliyi Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri V.D.Doroxinin iştirakı ilə Rusiya və Azərbaycan arasında ticarət və iqtisadiyyat sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir. Fikir mübadiləsi zamanı iştirak edən iki ölkənin işgüzar dairələri eksporta yönəlmiş malın istehsalçılarını dövlət dəstəyinin real mexanizminin işə salınmasının, kapitalın, əmtəənin və xidmətlərin qarşılıqlı yerdəyişməsi üçün əlverişli hüquqi şəraitin yaradılmasının, Rusiya eksport kampaniyalarının bağlanılmış müqavilələrə müvafiq olaraq əmtəə təhciz etmə cədvəlinə şərtsiz riayətinin zəruriliyini qeyd etdilər.

    Həmçinin cari ilin ikinci yarımilində Moskvada keçiriləcək Rusiya və Azərbaycanın dövlət orqanlarının, ictimai birliklərin, işgüzar dairələrinin iştirak edəcəyi biznes forumuna hazırlıq və qarşılıqlı ticarət və iqtisadiyyat əlaqələrinin digər məsələləri müzakirə olundu.

    15 aprel 2010-cu il tarixdə Ticarət nümayəndəliyinin rəhbərliyi “Avrasiya araşdırmaları İnstitutunun” Rusiya İnkişaf fondu tərəfindən təşkil olunmuş “Rusiya – Azərbaycan: regionlararası əməkdaşlığı genişləndirərək strateji partnyorluğu möhkəmləndirməyə doğru” mövzulu “dəyirmi masa”da iştirak etmişdir.

    16-28 fevral 2010-cu il:

    - Rusiya məhsullarının Azərbaycan bazarında irəlilədilməsi istiqamətində aparılan iş çərçivəsində Ticarət Nümayəndəliyində Rusiyanın müxtəlif regionlarından olan 9 şirkətin nümayəndələri ilə danışıqlar aparılıb;

    - Ticarət Nümayəndəliyinin əməkdaşları Azərbaycan-Rusiya Palatasının «Azərbaycan və Rusiya arasında ikitərəfli ticarət-iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivləri» mövzusunda martın 4-də keçiriləcək genişləndirilmiş iclası üçün materiallar hazırlayırlar:

    26 yanvar 2010-cu il. Ticarət Nümayəndəliyi (Rusiya İqtisadı İnkişaf Nazirliyinin Ticarət Danışıqları Departamentinin tapşırığı ilə) Gömrük İttifaqının dair birgə nümayəndə heyəti ilə Azərbaycanın bu işdə maraqlı olan nazirlik və idarələri arasında azad ticarət rejimi və vahid müsadirələr siyahısına dair ikitərəfli danışıqların qüvvədə olması qaydaları haqqında məsləhətləşmələrin təşkilinə yardım edib və keçirilməsində bilavasitə iştirak edib. Məsləhətləşmələr nəticəsində Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan hökumətlərinə azad ticarət haqqında ikitərəfli müqavilələrin təshih edilməsi barədə təklif verilməsi barədə qərar qəbul olunub.

     



    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100