
Şedrin Yuri Yevgenyeviç
1950-ci il fevralın 21-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olub
1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.
1979-1986-cı illər – Azərbaycan KP MK-nın Qaradağ RK-nın, Bakı Şəhər Komitəsinin təlimatçısı, Bakı şəhəri
1986-cı il – Azərbaycan KP 26 Bakı komissarı adına RK-nın 2-ci katibi, Bakı şəhəri
1986-1987-ci illər – Azərbaycan SSR-in avtomobil nəqliyyatı naziri, Bakı şəhəri
1987-1989-cu illər – Azərbaycan KP MK-nın şöbə müdiri, Bakı şəhəri
1989-1991-ci illər – Azərbaycan KP Suraxanı RK-nın 1-ci katibi, Bakı şəhəri
1991-1992-ci illər – Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyasının sədri, Bakı şəhəri
1992-1993-cü illər – «Azərbaycan Rusiya» Cəmiyyətinin vitse-prezidenti, Bakı şəhəri
1993-1994-cü illər – «Elrus» Kiçik Müəssisəsinin direktoru, Bakı şəhəri
1994-1995-ci illər – Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyasının üzvü, Bakı şəhəri
1995-2006-cı illər – Rusiya Parlamentinin Federasiya Şurasının MDB ölkələri ilə iş üzrə Komitəsinin mütəxəssis-eksperti, məsləhətçisi, müşaviri, aparat rəhbərinin müavini, Moskva şəhəri
2006-cı ildən indiyə qədər – Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəsi, Bakı şəhəri
Azərbaycan dilində sərbəst danışır
Rusiya Federasiyasının 2-ci dərəcəli dövlət müşaviri rütbəsi var
|