25-26 iyul 2011-ci il tarixdə Rusiya Federasiyası müdafiə naziri A.E.Serdyukov Bakıda işgüzar səfər ilə olmuşdur. O, Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyev tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası müdafiə naziri S.Ə.Əbiyevlə görüşmüşdür. İkitərəfli hərbi-texniki əməkdaşlığın vəziyyəti və perspektivləri, Qəbələ RLS-nin gələcəkdə istifadə məsələləri müzakirə edilmişdir.
17-18 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikası Xarici işlər Naziri Ə.Məmmədyarov Moskvada rəsmi səfərlə olmuşdur. O, Rusiyanın xarici işlər naziri S.V.Lavrovla danışıqlar aparmış, Rusiya Federasiyası Hökumətinin sədr müavini, Şimali Qafqaz Federal vilayətində Rusiya Federasiyası prezidentinin səlahiyyətli nümayəndəsi A.Q.Xloponinlə və Rusiya Federasiyası Federal İclasın Şura Federasiyasının sədri S.Y.Orlova ilə danışıqlar aparmışdır. İşguzar səfər zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dövlət sərhəddinin ratifikasiyası haqqında fərmanlarla dəyişmiş, 2011-2012-ci illərin ikinci yarısı üçün Rusiya XİN-i və Azərbaycan XİN-i arasında məsləhətlər haqqında protokol imzalanmışdır.
8 iyul 2011-ci il tarixdə Bakıda Rusiya Federasiyası Xarici işlər Naziri S.V.Lavrov işguzar səfərlə olmuşdur. O, Azərbaycan Respubkasının prezidenti İ.H.Əliyevə Rusiya Federasiyası Prezidenti D.A.Medvedevin Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə şəxsi müraciətnaməsini çatdırmışdır.
27-28 iyun 2011-ci il tarixdə Bakıda Rusiya Federasiyası Daxili işlər Naziri R.Q.Nurqaliyev işguzar səfərlə olmuşdur. O, Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyev tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası Daxili işlər Naziri R.Usubovla görüşmüşdür. İşguzar səfər zamanı Rusiya Federasiyası Daxili işlər nazirliyi və Azərbaycan Respublikası Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır.
17-18 iyun 2011-ci il tarixdə Bakıda Rusiya Federasiyası Nəqliyyat Naziri İ.Y.Levitin işguzar səfərlə olmuşdur. O, “Nəqliyyat, tranzit və logistika” 10-cu beynəlxalq sərgidə iştirak etmiş, “Azərbaycan nəqliyyat strukturunun inkişafı və ölkənin strateji nəqliyyat dəhlizlərinin kəsişməsində tranzit manqası kimi rolu haqqında” 1-ci Xəzər beynəlxalq nəqliyyat konfransında çıxış etmişdir. İ.E.Levitin Azərbaycan Respublikası baş naziri A.T.Rasi-zadə tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası Nəqliyyat naziri Z.A.Məmmədovla Rusiya-Azərbaycan münasibətləri “nəqliyyat dosyesi” hərtərəfli müzakirə olunmuşdur. İ.Y.Levitin Azərbaycan Texniki Universitetində olmuş, onun professor-müəllim heyəti ilə görüşmüşdür.
2011-ci ilin 26-28 may tarixlərində Rusiya Federasiyası Hökumətinin Sədr müavini, Rusiya Milli Olimpiya Komitəsinin prezidenti A.Jukov Bakıda olmuşdur. A.Jukov Azərbaycan Prezidenti İ.Əliyevlə görüşmüşdür. Həmçinin A.Jukov Azərbaycanın idman rəhbərləri ilə görüşmüş, Rusiya ilə Azərbaycan arasında idman əlaqələrinin inkişafı məsələlərini müzakirə etmişdi. Rusiyadan gələn qonaq Azərbaycanın bir sıra idman obyektlərinə baş çəkmişdir
1-4 mart 2011-ci il Bakı şəhərində 21mart 1983-cü il tarixli və 6 mart 1998-ci il tarixli məhkumların təhvil verilməsi barədə Konvensiyaya və 22 yanvar 1993-cü il tarixli mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi əlaqələr Konvensiyasının müddəalarının realizasiyası məsələləri üzrə konsultasiyalar keçirilmişdir. Konsultasiyalarda Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq və əməkdaşlıq Departamentinin direktor müavini Y.V.Kiriçenko və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndələri iştirak etmişlər.
1-2 mart 2011-ci il Bakı şəhərinə Tatarstanın Prezidenti R.N.Minnixanov səfər etmişdir. O, Azərbaycanın Prezidenti İ.H.Əliyev, baş nazir A.T.Rasi-zadə və Milli Məclisin spikeri O.S.Əsədov tərəfindən qəbul olunmuşdur. Həmçinin o, Fövqəladə hallar naziri K.F.Heydərovla da görüşmüşdür. Azərbaycan və Tatarstan arasında münasibətlərin inkişafı məsələlərinin geniş spektri müzakirə edilmişdir. R.N.Minnixanov Heydər Əliyev Fondunda olmuşdur və tatar icması nümayəndələri ilə görüşmüşdür.
4-5 fevral 2011-ci il Xarici işlər nazirlikləri arasında Rusiya-Azərbaycan münasibətləri və regional problemlərin məsələləri üzrə növbəti raundda iştirak etmək üçün Rusiya Federasiyası Xarici işlər Nazirliyinin MDB Ölkələrinin Dördüncü Departamentinin direktoru A.V.Kelin Bakıya gəlmişdir. A.V.Kelin Azərbaycan Respublikasının Xarici işlər Nazirinin müavinləri X.A.Xələfov və A.B.Əzimovla danışıqlar aparmış, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri N.İ. Məmmədovla söhbət aparmışdır.
24-25 yanvar 2011–ci il Həştərxan vilayəti Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.A.Afanasyevin rəhbərliyi ilə Həştərxan vilayətinin nümayəndə heyəti Bakıya səfər etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetində keçən danışıqlarda Həştərxan vilayəti Hökuməti (Rusiya Federasiyası) və Azərbaycan Respublikası arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin imzalanması və “Kaspiyskaya meçta” müxbir işlərinin İkinci beynəlxalq televiziya müsabiqəsinin hazırlanması məsələləri müzakirə edilmişdir.
22 yanvar 2011-ci il Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri S.N.Narışkin Bakıya səfər etmişdir. O, Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri R.E.Mehdiyev tərəfindən qəbul olunmuşdur. S.N.Narışkin Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yeni binasının açılışı mərasimində iştirak etmişdir.
13-14 yanvar 2011-ci il Rusiya Federasiyası narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal xitmətinin Direktoru V.P.İvanov Bakıya səfər etmişdir. Səfər zamanı V.P.İvanov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri E.A.Mahmudovla, Azərbaycan Respublikası Daxili İşlər Naziri R.İ.Usubovla görüşmüş, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbəri R.E.Mehdiyev tərəfindən qəbul olunmuşdur. Rusiya Federasiyası narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal xitmətlər və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri arasında narkotik vasitələrin qeyri qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş imzalandı.
13-14 yanvar 2011-ci il Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin baş direktoru M.V.Panin Bakıya səfər etmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Müavini X.A.Xələfovla görüşərək Rusiya Federasiyasında Azərbaycan Respublikasının və Azərbaycan Respublikasında Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün daşınmaz əmlakın qarşılıqlı təqdim olunması haqqında Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Sazişin imzalanması məsələləri ilə bağlı danışıqlar aparmışdır.
|