Dmitri Medvedev Allahşükür Paşazadəni anadan olmasının 60 illiyi və bu ali dini mənsəbə çatmasının 30 illiyinin tamam olması münasibətilə təbrik edib.
Dövlət başçısı A.Paşazadəyə can sağlığı, əmin-amanlıq, nəcib işində müvəffəqiyyətlər arzulayıb və dünən şeyxülislamın «Şərəf ordeni» ilə təltif olunması barədə Fərman imzaladığını bildirib.
Qeyd olunub ki, bu mükafat şeyxülislamın böyük maarifçi və mənəvi missiyasına, dinlərarası dialoqda fəal iştirakına, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfəsinə verilən yüksək qiymətdir.
Şeyxülislam A.Paşazadə təbrikə və ali mükafata görə Rusiya Prezidentinə dərin minnətdarlığını bildirib, Rusiya və Azərbaycan xalqları arasında dostluq, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi üçün bundan sonra da aktiv fəaliyyət göstərməyə qətiyyətli olduğunu dilə gətirib.