Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı
    Çap versiyası | Baxılıb 491

    Dekabrın 24-də D.Medvedev Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevi Ad günü münasibəti ilə təbrik edib.

    Dövlət başçıları həmçinin qarşıdan gələn Yeni il münasibətilə bir-birini səmimi təbrik ediblər.

    Hər iki tərəfdən Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirilib, gələcəkdə də strateji tərəfdaşlıq və çoxsahəli əməkdaşlığın möhkəmləndirilməsinə hazırlıq ifadə olunub.

    Elə həmin gün, bir qədər əvvəl D.Medvedev Azərbaycan Respublikasının Prezidentinə təbrik məktubu göndərib. Məktubda deyilir:

    «Azərbaycan xalqı haqlı olaraq ölkənin sosial-iqtisadi sahədə uğurlarını və beynəlxalq aləmdə nüfuzunun artmasını Sizin adınızla bağlayır. Sizin Rusiya ilə Azərbaycan arasında çoxəsrlik dostluq və mehriban qonşuluğa əsaslanan strateji tərəfdaşlığın genişləndirilməsi xəttinə səmimi sədaqətinizi yüksək qiymətləndirirəm.

    Əminəm ki, müntəzəm əlaqələrimizdə özünü tam büruzə verən bu konstruktiv əhval-ruhiyyə, Qafqazda çoxsahəli əməkdaşlığın inkişafı, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində vacib amildir».

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100