Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri S.E.Narışkin 2010-cu il yanvarın 23-24-də Azərbaycan Respublikasına işgüzar səfər edib
    Çap versiyası | Baxılıb 519

    Aliyev Narışkin Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri S.E.Narışkin 2010-cu il yanvarın 23-24-də Azərbaycan Respublikasına işgüzar səfər edib.

    Səfər çərçivəsində S.Narışkin Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə görüşüb, Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Z.Əliyevanın xatirəsini yad edib, Şəhidlər Xiyabanını ziyarət edərək «Əbədi məşəl» abidəsinin önünə əklil qoyub.

    Görüşdə S.Narışkin və İ.Əliyev Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında humanitar sahədə əlaqələrin möhkəm əsaslara söykəndiyini və beynəlxalq sahədə humanitar əməkdaşlıq üçün yaxşı nümunə olduğunu vurğulayıblar.

    Dövlət başçıları Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətini vurğulayaraq bu tədbirin iki ölkə arasında qarşılıqlı əlaqələri dərinləşdirməyə kömək edəcəyini bildiriblər. Görüşdə forumun növbəti ildən mütəmadi olaraq keçirilməsinin və gəncləri cəlb etməklə formatının genişləndirilməsinin məqsədəuyğun olduğu bildirilib.

    S.Narışkin və Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev "Rusiya-Azərbaycan: keçmişdən gələcəyə. 105 il SİTA-nın fotoşəkillərində" adlı sərginin təntənəli açılış mərasimində iştirak ediblər.

    Daha sonra S.Narışkin və R.Mehdiyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimində çıxış ediblər.

    R.Mehdiyev çıxışında qeyd edib ki, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu dostluq və qarşılıqlı anlaşma üçün bir sınaq olub: «Biz bu sınaqdan uğurla çıxdıq və bu ideyanın müəllifləri olan prezidentlərimizin etimadını tam olaraq doğrultduq». O, hazırkı forumun Azərbaycan və Rusiya xalqlarının rifahı naminə həyata keçirilməli olan böyük və planlı işin başlanğıcı olduğunu vurğulayıb. R.Mehdiyev Foruma Rusiya-Azərbaycan Gənclər Forumu tərəfindən dəstək veriləcəyinə və onu gələcəyə doğru istiqamətləndirəcəyinə ümidvar olduğunu bildirib.

    Öz növbəsində S.Narışkin rusdilli mədəniyyətin və rusdilli təhsil məkanını qorunub saxlanmasına görə Azərbaycan rəhbərliyinə minnətdarlığını ifadə edib. O, MDB ölkələrində Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi geniş qeyd olunacağını və buna görə də 1941-45-ci illərdəki müharibədəki Böyük Qələbəmiz barədə həqiqəti gənc nəsil üçün mühafizə etməyin zəruri olduğunu vurğulayıb.

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100