Embrus-Az.com > Rusiya Prezidenti D.A.Medvedevin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü, Soçi, «Krasnaya polyana» kurortu, Qrand otel, 25 yanvar 2010-cu il

Rusiya Prezidenti D.A.Medvedevin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü, Soçi, «Krasnaya polyana» kurortu, Qrand otel, 25 yanvar 2010-cu il


medvedev aliyevRusiya Prezidenti Dmtri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında növbəti addımları müzakirə ediblər.

Bugünkü görüş sayca beşincidir. İlk məsləhətləşmələr 2008-ci ilin noyabrında keçirilib: danışıqların nəticəsi olaraq Dmitri Medvedev, İlham Əliyev və Serj Sarqsyan birgə Bəyannamə qəbul ediblər.

İkinci görüş 2009-cu ilin iyun ayında, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində; üçüncü görüş Moskvada, 2009-cu ilin iyulunda, Rusiya Prezidentinin mükafatı uğrunda cıdır yarışlarına həsr olunmuş tədbirlər çərçivəsində; dördüncü görüş isə 2009-cu ilin oktyabr ayında, Kişinyovda keçirilən MDB ölkələri dövlət başçılarının zirvə görüşü çərçivəsində keçirilib.

 

medvedev aliyev

 

medvedev sargsyan

 

 


Geriyə