Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    VVAQ

    Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyinin Konsulluq şöbəsi Azərbaycan Respublikasında yaşayan Rusiya Federasiyası vətəndaşlarının hüquqi vəziyyəti aktlarının dövlət qeydiyyatını “Hüquqi vəziyyət haqqında” 15 noyabr 1997-ci il tarixli 143-FZ №-li Federal qanununu, Rusiya Federasiyasının 30 noyabr 1994-cü il tarixli51-FZ №-li Mülki kodeksiniRusiya Federasiyasının 29 dekabr 1976-cı il tarixli Ailə kodeksini, SSRİ Ali Soveti Prezidiumunun 25 iyun 1976-cı il tarixli “SSRİKonsulluq qanununun təsdiq edilməsi” Fərmanını, Rusiya Ədliyyə Nazirliyinin və XİN-in metodiki göstərişlərini, Rusiya Federasiyasının iştirakçısı olduğu beynəlxalq müqavilə və sazişləri əldə rəhbər tutaraq həyata keçirir.

    Səfirliyin Konsulluq şöbəsi:

    1. Doğum, nigahın bağlanılması, nigahın pozulması, oğulluğa (qızlığa) götürülmə, atalığın müəyyən olunması, adın dəyişilməsi, ölüm haqda dövlət qeydiyyatını həyata keçirir;

    2. Rusiya Federasiyası ərazisində hüquqi vəziyyət aktlarının qeydiyyatı orqanları tərəfindən tərtib olunmuş hüquqi vəziyyət aktları qeydlərinə düzəlişlər və ya dəyişikliklər edilməsi barədə qərarlar qəbul edir;

    3. Cari təqvim ili ərzində Konsulluq şöbəsində tərtib olunub saxlanılan hüquqi vəziyyət aktları qeydlərinə düzəlişlər və ya dəyişikliklər edir;

    4. Cari təqvim ili ərzində Konsulluq şöbəsində tərtib olunub saxlanılan hüquqi vəziyyət aktları qeydlərinə əsaslanaraq hüquqi vəziyyət aktlarının dövlət qeydiyatı haqqında təkrar şəhadətnamələr və hüquqi vəziyyət aktlarının dövlət qeydini təsdiqləyən arayışlar verir;

    Azərbaycan Respublikası səlahiyyətli orqanları tərəfindən Rusiya Federasiyasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında hüquqi vəziyyət aktları qeydlərini təsdiqləyən sənədlər Rusiya Federasiyasında əlavə təsdiq olunmadan (qanuniləşdirilmədən) etibarlı sayılır.

    > Konsulluq şöbəsinə hüquqi vəziyyət aktlarının dövlət qeydiyyatına təqdim olunan sənədlər rus dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiqlənməlidir.

    > Fəaliyyətin dəyəri ilə “Konsulluq yığımlarının tarifləri” rubrikasında tanış olmaq olar.

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100